Baş xəbər, Maraqlı, Ədəbiyyat
05.04.2016 / 11:10

Aqata Kristi Haqqında - 11 Fakt

Aqata Kristi Haqqında -

Bir çox məşhurlar kimi Aqata Kristi də disqrafiyadan əziyyət çəkirdi. Ona görə də onun bir çox əsərləri danışılaraq yazılıb.
İnform.az maraqlidir.com-a istinadən bildirir ki, Aqatanın ilk dəfə yazmağına səbəb bacısı ilə aralarındakı mübahisə olub.
Ədəbiyyatşünas olan bacısına ondan daha yaxşı nə isə yaradacağını sübut etmək niyyəti ilə Aqata ilk romanını yazmışdı. İlk əvvəl Aqata kişi adları (Martin Vest və Martin Qrey) ilə yazmaq istəyirdi. Çünki qadın adlı yazıçının detektivini oxumaq istəyənin az olacağını düşünürdü. Lakin daha sonra öz adını və birinci həyat yoldaşının soyadını (Kristi) saxlamağı qərara aldı.
Aqata müharibə vaxtı hərbi hospitalda, daha sonra isə aptekdə işləmişdi. Elə orada da zəhərli maddələr haqqında xeyli biliklər əldə edib. Bəlkə elə buna görə də əsərlərində daha çox zəhərlə qətlə yetirilən qurbanlar üstünlük təşkil edir.
Daha bir söylənti isə Aqatanın qanlı cəsədlər haqqında yazmağı sevmədiyi idi. Ona görə də zəhərlə qətlləri daha çox yazırdı.
Aqata hətta bir dəfə yazı sirrini də açmışdı. O, əsəri tam yazdıqdan sonra, ən az şübhə doğuran qəhrəmanı seçirdi. Daha sonra isə əvvələ qayıdaraq detallar əlavə edərək əsəri yenidən işləyirdi.
1926-cı ildə isə Aqatanın həyatında üst-üstə bədbəxt hadisələr baş verdi. Anasının vəfatından sonra, qardaşı narkotiklərə qurşandı və bir müddət sonra həyat yoldaşı başqa qadına aşiq olaraq ondan boşanmaq istədiyini bildirmişdi. Bütün bu hadisələrdən sonra Aqata qəfil yox çıxdı. Onu uzun müddət heç yerdə tapa bilmirdilər və hətta onun axtarışını məşhur yazıçı detektiv Artur Konan Doyla tapşırmışdılar. Aqata isə bir müddət sonra kiçik sanatoriya şəhərində tapılmışdı. O, özünü orada Tereza Nil kimi qələmə vermişdi və yaşadığı stressdən yaddaşını da bir qədər itirmişdi.
İkinci Dünya müharibəsi zamanı Aqata Kristi iki əsər yazmışdı. “Curtain” və “Sleeping Murder”. Bunlar onun sevimli iki əsas qəhrəmanı Erkül Puaro və miss Marpl haqqında olan romanlarının sonuncuları idi. Aqata bu romanları bitirdikdən sonra onları gizlədilməsini və yalnız yazma qabiliyyətini itirdikdən sonra çap edilməsini istəmişdi.
Əsərlər 1974-ci ildə yazıçının 84 yaşı olanda çap edilib.
Şərq Ekspressində Qətl Aqatanın razı qaldığı yeganə ekranlaşmış əsəri idi.
Aqatanın ümumilikdə kitabları 2 milyarddan artıq tirajla çap edilib və onun kitabları Britaniyada Şekspir və İncildən sonra ən çox çap edilən kitablardır.

Baxış sayı: 1189