Siyasət, Qarabağ
04.04.2016 / 22:02

"Xalqın cəsarəti ağır sınaq günlərində bəlli olur..."

"Xalqın cəsarəti  ağır sınaq günlərində bəlli olur..."Millət vəkili Adil Əliyev dünən öz Facebook səhifəsində irad dolu bir şərh paylaşıb. İnform.az həmin şərhi olduğu kimi təqdim edir:

Son hadisələr birdaha sübut etdi ki, Rusiya mətbuatı və telekanalları, həmişə olduğu kimi, bu dəfə də, bir tərəfli mövqe sərgilədi. Bununla da ermənilərə xidmət etmiş oldu. Bu da bizim üçün gözlənilən idi. Məni ən çox əsəbləşdirən o oldu ki, bizim bəzi Rusiya sevdalıları o videolardan istifadə edib, yalnış məlumatlarla insanlarımızı ruhdan salmaq istəmələridi. Belə bir deyim var,"dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur".
Sevindirici hal odur ki, bəzi qanı xarabları çıxmaqla, xalqımızın ağır günündə, iqtidarlı , müxalifətli mövqeyimiz bir oldu.
Dostlar iki kənd, bir yüksəklik üçun 12 şehid verdik. İndi fikirləşin ki, ölkəmiz üçün, torpaqlarımız üçün nə qədər, qanlar tökülüb, nə qədər şəhidlər verilib. Şəhidlərimizin qanı gələcək igid, mərd nəsilləri yetişdirmək üçündür.
İgidlərimiz valideyinləri üçün doğuldular, vətən üçün şəhid oldular. Allah şəhidlərimizi rəhmət eləsin, amin.

İnform.az

Baxış sayı: 450