Dünya, Qarabağ
04.04.2016 / 21:06

Yaşasın vətən uğrunda candan keçən igidlər...

Yaşasın vətən uğrunda candan keçən igidlər...

Ordumuzun qalibiyyət dolu əməliyyatları Güneyli soydaşlarımızda da böyük ruh yüksəkliyi yaradıb.
Təbrizdə yaşayan tanınmış yazar Məhəmməd Rəhmanifər öz Facebook səhifəsində döyüşən əsgərlərimizin rəsmlərini paylaşaraq, müəllifi olduğu "Şəhriyarla Birlikdə Özgələşməkdən Özləşməyə Doğru" əsərindən sitat gətirərək belə bir şərh yazıb:

Yaşasın vətən uğrunda candan keçən igidlər...

Yaşasın vətən uğrunda candan keçən iyidlər...
Dünya şöhrətli filosof M.Haydiger-in fikricə varlıq yer üzündə üzə çıxır. Sonrası fərd bir yerdə məskən salır. Bu məskunlaşmaq güvəncəli bir sığıncaq tapmaqla ilgilidir. Sonucda özümüzlə yaşadığımız yer arasında bağlılıq duyuruq. Demək, yaşadığımız yerə bağlanırıq; vətən bağlılığı! Vətənə bağlanmaq.
Yaşasın vətən uğrunda candan keçən igidlər...

Daha o yer bizim üçün sadəcə məskən salıb, dincəlmə yeri deyil. Biz ona bağlanırıq, ana kimi. Ona "Ana Vətən" adı veririk. Onu ana sayağı sevirik. Onun Yolunda Yeri Gəlmişkən Candan Keçirik...
Yaşasın vətən uğrunda candan keçən igidlər...


İnform.az

Baxış sayı: 919