Hərbi, Elm-təhsil, Qarabağ
04.04.2016 / 17:37

UNEC tələbələrindən Azərbaycan əsgərinə dəstək

UNEC tələbələrindən Azərbaycan əsgərinə dəstək

Aprelin4-də UNEC-də Azərbaycan əsgərinə dəstək aksiyası keçirilib. İnform.az Universitetin mətbuat xidmətinin məlumatına istinadın bildirir ki, aksiyada aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlıtəxribatınəticəsində həlak olan hərbçivə mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
UNEC tələbələrindən Azərbaycan əsgərinə dəstək

Tələbələr hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızıazadedənədəkvuruşmağa hazır olduqlarını bildiriblər. Aksiyada tələbələr Azərbaycan dövlət himnini oxuyub, “Liderə inanaq, Qarabağa qayıdaq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan əsgəri, keç səngərdən irəli” şüarları səsləndiriblər.
UNEC tələbələrindən Azərbaycan əsgərinə dəstək

Eyni zamanda, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin bütün tədris binalarında dərslər Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himni ilə başlayıb.
UNEC tələbələrindən Azərbaycan əsgərinə dəstək


İnform.az

Baxış sayı: 409