Hərbi, Qarabağ
04.04.2016 / 11:40

"Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəkləyir" Gürcüstanın Müdafiə Naziri

"Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəkləyir"Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlərinin cəbhədə yaranmış vəziyyətlə bağlı telefon danışıqları olub.
Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.
Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.
General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

İnform.az

Baxış sayı: 366