Şərhlər, Qarabağ
03.04.2016 / 16:28

Sənin xəyalların vardı- ŞƏHİDİM

Sənin xəyalların vardı-
Xalidə Xalid


Salam, ŞƏHİDİM!
Salam ƏZİZİM!
Salam, hər birinizə tək-tək salamım olsun!
Hardan başlayım sözümü, hardan başlayım cümləmi bilmirəm, acizəm...
SƏN-ə layiq olan elə bir söz tapa bilmirəm ki, SƏN-in dəyərincə olsun...
Nə yazsam, nə desəm, yenə də SƏN-in ucalığını vəsf edə bilməz o sözlər.
SƏN İNSAN-lığın ən uca zirvəsini fəth edənsən...
SƏN bir DÜNYA-san...
SƏN elə bir qüvvəsən ki, cismani yoxluğunla belə, varlığını sübut etməyə qadirsən...
SƏN ŞƏHİD-sən...SƏN İGİD-sən...SƏN UCA-san...
Düşmən SƏN-i sındırmaqçün nələr etmədi, sənsə sınmadın...
Düşmən SƏN-i yox etmək istədi, əksinə SƏN daha UCA-lara yüksəldin...
SƏN elə bir zirvəyə qalxdınki, o zirvəyə qalxmaq hər kəsə nəsib olmaz, ŞƏHİDİM...
SƏN SƏN olaraq qəlblərdə taxt qurdun, SƏN qəlb evimin SULTAN-ı oldun...
SƏN milyonların damarında axan qansan...SƏN Azərbaycan övladısan...
SƏN-ə bir şeyi etiraf etməkdən çəkinirəm ŞƏHİDİM...
Bilirsən, mən çox utanıram, qarşında ŞƏHİDİM!
Utanıram, SƏN-i qoruya bilmədiyim üçün...
Utanıram, ananın üzünə baxa bilmədiyim üçün...
Utanıram, son anında belə yanında ola bilmədiyim üçün...
Gücüm yalnız ruhuna etdiyim dualarıma çatır ŞƏHİDİM...
Ruhuna sarılmışam illərdir... "ŞƏHİDİM, CANIM" deyib qubarlanıb ürəyim..
Suya həsrət çiçək kimi, SƏN-in varlığına həsrət qalmışam ŞƏHİDİM...
Ruhuna cavab verməyə belə aciz qalmışam illərdir...
Uca Yaradandan hər gün diləmişəm ki, məni ruhunun qarşısında xəcalətdən qurtarsın...
Alım qısasını şərəfsiz, çaqqallardan...Amma, hələ də acizəm ŞƏHİDİM, çox acizəm...
SƏN ŞƏHİD-sən...SƏN-in xəyalların vardı...SƏN nələr xəyal edirdin, nələr düşünürdün...
Bəylik libası Vətən bayrağı, Bəy otağı Vətən torpağı olan ŞƏHİDİM!
Məni bağışla!!!



İnform.az

Baxış sayı: 638