Sosial, Şərhlər
03.04.2016 / 17:00

Bizim bir düşmənimiz var, ermənilər...

Bizim bir düşmənimiz var, ermənilər...
Yusif Alı Avşar/fəlsəfə doktoru, dosent


Türklərlə talışları milli ədavətə sövq etmək heç vaxt mümkün olmayacaq. Çünki bu iki millət bir-birinin içində o qədər qaynayıb qarışıb ki, bəzən heç birini milli, antropoloji baxımdan bir birindən ayırmaq mümkün deyil.
Bu cür ədavəti salmaq istəyən şərəfsizlər isə it qanından, ilan zəhərindən törəyiblər. Çünki min illik birgə yaşam bağları, birgə mədəniyyəti, birgə dəyərləri olan bu iki qardaş millət vahid Azərbaycan uğurunda daim birgə mübarizə aparıb.
Qarabağ müharibəsində də minlərlə talış oğlu əlində silah vətəni Azərbaycanın müdafiısinə qalxdı. Yüzlərcə qəhrəman talış oğlu qardaşı türk qəhrəmanları ilə çiyin çiyinə döyüşdü. Yaralananda bir-birinə al qanlarından qan verdilər. Torpaq uğrunda birgə can verdilər, şəhid adına -UCA DƏRGAHA birgə ucaldılar...
Bir sözlə bu dövlət nə qədər türkündürsə, o qədər də talışın, ləzginin, udinin, tatın, kürdün, gürcünün və digər etnik azlıqların doğma vətənləri, gözəl diyarıdır.
Mən ölkədə müxtəlif cür seperatçılıq toxumları səpən şərəfsiləri lənətləyirəm... Hər bir dəyərli vətəndaşımızı diqqətli olmağa çağırıram.
Bizim bir düşmənimiz var, ermənilər. Onlara qarşı da həmrəy olaraq mübarizə aparacağıq.

P.S. Əlbəttə ki, dövlətimizin, xalqımızın, hakimiyyətin ən yaralı yerimiz olan Qarabağ probleminə diqqət ayırdığı zamanda düşmən qüvvələr əlavə olaraq nə iləsə millətin fikrini əsas diqqətdən yayındırmağa çalışırlar...

İnform.az

Baxış sayı: 457