Şərhlər, Qarabağ
02.04.2016 / 21:25

Bu vətən bizimdir!

Bu vətən bizimdir!
Fikrət Yusifov/professor


Dostlar Vətən uğrunda əlində silah cəbhəyə getməyə hər birimiz hazır olaq!
Mən bu gün cəbhəyə getməyə bütün varlığımla tam hazıram və heç şübhəm yoxdur ki, sizin də hər biriniz buna hazırsınız!
Bu vətən bizimdir!
Onu yağılardan qorumağa biz borcluyuq!
Vətən uğrunda ölməkdən böyük şərəf yoxdur! Bu gün hər birimiz ordumuzun gücünə, Prezidentimizin -Ali baş Komandanımızın iradəsinin möhkəmliyinə tam güvənliyik.
Bu gün bizi təkləmək mümkün deyil!
Hər kəs bilsin ki, erməni işğalçılarının təxribatlarının bu günlərdə bu qədər vüsət almasında təsadüfü heç nə yoxdur!
Bu olaylarda şeytan barmağı var!
Perzidentimizin Amerika Birləşmiş Ştatlarına səfəri və orada qarşılaşdığı isti münasibət həzm edilmir!
Bizim düşmənimiz tək erməni olsaydı onun üstünə getməyimizə lüzum olmazdı. Qorxaq erməni özü, "qonaq" olduğu əzəli torpaqlarımızı qoyub qaçardı. Onsuz da qaçacaqlar, çünki zaman buna doğru aparır!

İnform.az

Baxış sayı: 438