Hərbi
02.04.2016 / 10:40

"Azərbaycana məxsus helikopterin vurulması barədə məlumatlar yalandır"- MN

"Azərbaycana məxsus helikopterin vurulması barədə məlumatlar yalandır"-Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.
Bu barədə MN-nin rəsmi saytında məlumat yayılıb. Məlumatda deyilir:
"Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir."

İnform.az

Baxış sayı: 405