Şərhlər
31.03.2016 / 14:40

Günahkarsan...Günahkarsan...Günahkarsan...

Günahkarsan...Günahkarsan...Günahkarsan...


Ləman Məmmədova



Yaşayırsansa günahkarsan, çünki istədikləri kimi deyil, istədiyin kimi yaşayırsan...
Ölürsənsə günahkarsan, çünki 100-150 yaşında onlar səni vecinə almayanda deyil, çox gənc ölürsən.
Sevirsənsə günahkarsan, çünki qarşılıq gözləmədən sevib sonsuzadək susmalı olursan...
Tərk edirsənsə günahkarsan, çünki şəxsiyyətindən heç kəsə pay vermirsən özünü itirməmək üçün...
Dəlisənsə günahkarsan, çünki onların dərdi varkən sənin dünya vecinə deyil. Şəxsiyyətsənsə günahkarsan, çünki sən öldüktən 100 il sonra qədrini bilib dirilməni istəyəcəklər, dirilməyəcəksən...
Azadsansa günahkarsan, çünki sahiblənmir və itirməkdən qorxmursan onlar kimi...
Qulsansa günahkarsan, çünki səni onların gözündə ucaldan xüsusiliyin yoxdu.


Günahkarsan...Günahkarsan...Günahkarsan...

Yaxşısansa günahkarsan, çünki onların öz gözlərində görmədiyi çöpə güzgü olursan...
Pissənsə günahkarsan, çünki öz aləmlərində güclü sandıqları mənliklərinin cəsarətini əllərindən alırsan.... ahahaha...
Mən də bu dünyanın insanlar üçün olduğunu zənn etmişdim...
Bu işdə ya ancaq yalan var, ya da ancaq həqiqət...

İnform.az

Baxış sayı: 867