Hərbi
30.03.2016 / 16:40

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə anılır

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə anılırMüdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bu barədə İnform.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində təsdiq edilmiş plana əsasən anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr və sərgilər keçirilir, eləcə də ictimaiyyətin nümayəndələri, veteranlar və tarixçi alimlər ilə görüşlər təşkil olunur.
Tədbirlərdə şəxsi heyətə ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçiliyin kökü, tarixi barədə ətraflı məlumatlar verilərək mənfur qonşularımızın törətdikləri qırğınlar və qətliamların ağır nəticələri bir daha xatırlanır. Gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün ümumi düşmənə qarşı birliyimizin vacibliyini vurğulamaq, soyqırımı törədənlərə nifrət hissini aşılamaq, ordumuzda döyüş ruhunu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hisslərini daim yüksək səviyyədə saxlamaq da keçirilən tədbirlərin əsasını təşkil edir.

İnform.az

Baxış sayı: 197