Dünya
30.03.2016 / 13:52

Belçikadakı terrorçuların sayı açıqlanıb

Belçikadakı terrorçuların sayı açıqlanıbSon məlumatlara görə, 386 nəfər Belçika vətəndaşı Suriyadakı hərbi münaqişədə “İslam Dövləti” qruplaşmasının tərkibində iştirak ediblər.
“Gazeta.ru” yazır ki, bu barədə “La Derniere Heure” qəzeti məlumat yayıb. Qeyd edilən informasiyanı Belçikanın Daxili İşlər Nazirliyi təqdim edib. Nazirlikdən onu da bildiriblər ki, daha 59 nəfər Suriyaya getməyə cəhd göstərsə də buna nail ola bilməyib.
Bir müddət öncə Almaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Federal Şöbəsi də 800 nəfər islamçının İŞİD-in və “Ən-Nüsrə” Cəbhəsinin tərkibində döyüşmək üçün İraqa və Suriyaya yola düşdüyünü açıqlamışdı.

İnform.az

Baxış sayı: 172