Şərhlər
30.03.2016 / 10:20

"Biznes klası ekonom klasa dəyişmək bu müddətdə miyonlarla qənaət demək olacaq..."

 "Biznes klası ekonom klasa dəyişmək bu müddətdə miyonlarla qənaət demək olacaq..."
Vüqar Bayramov/iqtisadçı-ekspert

ABŞ-da Konqres üzvlərinin uçuşlarda dövlət vəsaiti hesabına birinci klassdan istifadəni qadağan edən layihənin müəllifləri həm Respublikaçılar (Paul Gosar) həm də Demokratlar partiyalarının (Raul Ruiz) təmsilçiləri idi. Dünyanın ən varlı ölkəsində qanunverici hakimiyyət üzvlərinin birinci klasda üçmasının qadağan edilməsində rəqib partiyaların nümayəndələri eyni mövqe nümayiş etdirdilər.
Azərbaycanda parlament üzvləri dövlət büdcəsi hesabına biznes klasa bilet alan az sayda ölkələrdən biridir. Qənaət paketlərinə səs verən deputatlar eyni zamanda vergi ödəyicilərinin pulu hesabına uçuşlarda biznes klasdan istifadə etmələrinin qadağan edilməsini də dəstəkləməlidirlər. Yalnız parlament rəhbərliyi üçün belə imkan yaradıla bilər. Bu baxımdan, deputatların büdcə vəsaiti hesabına biznes klasdan istifadəsinin qadağan edilməsinə ehtiyac var. Parlament üzvləri nə üçün seçicilərin ödədiyi vergi hesabına biznes klasdan istifadə etməlidir? Deputatların biznes deyil, ekonom klasda uçması büdcəyə qənaət edilməsi yollarından biri olmaqla eyni zamanda psixoloji əhəmiyyəti var. Seçkili orqanda təmsil olunanların vergi ödəyicilərinin pulu hesabından onlardan ayrı, biznes klasdan istifadə etməsi həmçinin diskriminativ xarakter daşıyır.
Qeyd edim ki, 2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün 22 milyon 694 min 934 manat ayrılacaq. Parlamentin bu il ezamiyyə xərcləri 1 milyon 110 min manat olacaq. Nəqliyyat xidmətləri haqqının ödənilməsi xərcləri 637 min 362 manat, digər nəqliyyat xidmətləri xərcləri isə 270 min manat nəzərdə tutulub. Bundan başqa, nəqliyyat vasitələrinin alınmasına 225 min manat, digər maşın və avadanlıqlara 405 min manat, yanacaq və sürtgü materiallarının alınmasına isə 637 min 362 manat ödəniləcək. Bu rəqəmlər dövlət büdcəsinin ümümi xərcləri ilə müqayisədə kiçik görünsə də heç də xırda vəsaitlər deyillər. Eyni zamanda, əgər qənaət rejimidirsə o zaman hər manata bütün idarəetmə qurumlarında qənaət etmək lazımdır. Parlament üzvlərinin bir dönəm üçün 5 il müddətinə seçildiyini nəzərə aldıqda biznes klası ekonom klasa dəyişmək bu müddətdə miyonlarla qənaət demək olacaq.

İnform.az

Baxış sayı: 378