Dünya, Hadisə
28.03.2016 / 21:18

Qvatemalada sərnişin avtobusu dərəyə yuvarlanıb, 19 nəfər həlak olub- KİV

 Qvatemalada sərnişin avtobusu dərəyə yuvarlanıb, 19 nəfər həlak olub-Qvatemalanın qərbində sərnişin avtobusu dərəyə yuvarlanıb. Qəza zamanı 19 nəfər həlak olub. Ölənlər arasında hamilə qadın və bir yeniyetmə də var.
"Report"un verdiyi xəbərə görə, məlumatı "Reuters" agentliyi yayıb.
Bildirilir ki, yol-nəqliyyat hadisəsi ölkə paytaxtından təxminən 160 km qərbdə baş verib. Yüksək sürətlə hərəkət edən avtobus dərinliyi 200 metr olan dərəyə yuvarlanıb.
Hadisə nəticəsində həmçinin 20-25 nəfər yaralanıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb./"Report"

Baxış sayı: 309