Baş xəbər, Siyasət
24.03.2016 / 18:50

"Bu silahlar Azərbaycana qarşı yönəlib"

"Bu silahlar Azərbaycana qarşı yönəlib"Ermənistan Avropada ən çox silahlanmış ölkə elan edildi...
Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair hesabatında, İsrail, Sinqapur və Ermənistan dünyanın ən çox silahlanmış ölkələri elan edilib. Hər üç dövlət artıq 3-cü ildir dünya üzrə silahlanma indeksində davamlı olaraq öncül yer tutur. İnform.az bu barədə Ermənistan mediasına istinadən məlumat yayıb. Hesabat hər min nəfər əhali üzrə adambaşına düşən hərbçilərin sayına, hərbi xərclərin ÜDM-ə nisbəti, hərbi xərclərin səhiyyə xərclərinə nisbətinə, həmçinin ordunun və ağır silahların say göstəricisinə müəyyən edilir.
Hesabatda qeyd edilir ki, Ermənistan Avropada ən çox silahlanmış ölkədir. İkinci yeri Rusiya, üçüncü yeri Kipr, dördüncü yeri isə Azərbaycan tutur.
2007-2009-cu illərdə Ermənistan silahlanmanın səviyyəsinə görə 8-ci, 2010-2012-ci illərdə isə 4-cü, 2013-cü ildən başlayaraq dünyanın 3 ən çox silahlanmış dövləti sırasında yer alır.
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan hərbi potesialına görə kifayət qədər güclü bir dövlətdir. Ermənistan isə kasıb ölkə olduğuna görə, silahlanmanı əsasən xarici dövltlərin köməy hesabına təmin edir: "Rusiya Ermənistanın əsas sposorudur, arxasında dayanan bir ölkədir. Rusiya silahları aşağı qiymətə satmaqla Ermənistanın silahlanmasında maraqlı olduğunu sübut edir. Ermənistan başqa ölkələdən də silah alır. Çox güman ki, həmin silahların satış qiymətləri də güzəştli olur. Ermənistan kimi. kiçik, yoxsul ölkənin bu qədər silahlanmaya malik olması təəcüb doğurur. Mənə elə gəlir ki, Ermənistanın adının hesabata salınması da bununla bağlıdır".
Politloq hesab edir ki, Ermənistanın bu qədər yüksək səviyyədə silahlanması Dağlıq Qarabağ probleminin həllində sülhyarama prosesinə mənfi təsir göstərir. Ermənistan həmin silahlardan Azərbaycanaa qarşı istifadə edir: "Əgər biz Ermənistan ordusunun bir atəş zərbəsinə qarşı 20 aatəş zərbəsi endirirsə, bu bizim haqq işimizdir. Çünki müharibə bizim torpaqlarımızda gedir, onlar bizim ərazilərimizdən mövqelərimizi atəşə tutur. Müəyyən dövlətlər hesab edir ki, Ermənistanın silahlanması Azərbaycan üçün təhlükə yaratmır, guya regionda Türkiyə kimi dövlət var və sairə. Amma bunun təsiri ilk növbədə Azərbaycana qarşı yönəlir".
Fikrət Sadıqov onu da bildirdi ki, Ermənistanın dünyada ən çox militarist ölkələr siyahısında öncüllük qazanması Avropada Adi Silahların İxtisarına dair və digər beynəlxalq konvensiyalara ziddir: "ATƏT-in müəyyən müqavilələri var və Ermənistan bir sıra öhdəliklər götürüb. Ona görə də Ermənistaın belə yüksək səviyyədə silahlanması həmin sazişlərin tapdalanmasıdır. Ermənistanın arxasında dayana ölkələr bunu başa düşür və bilərəkdən bu addımı atırlar"
Mübariz/İnform.az

Baxış sayı: 623