Siyasət
22.03.2016 / 14:43

Azərbaycan prezidenti Belçikanın Baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti  Belçikanın Baş nazirinə başsağlığı veribAzərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Şarl Mişelə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:


"Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

İnform.az

Baxış sayı: 263