Diaspora Akademiyası, Baş xəbər
22.03.2016 / 11:10

Novruz bayramı Meksikada

Novruz bayramı Meksikada
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Novruz bayramı tədbiri keçirilib.

Bu barədə İnform.az-a səfirliyin mətbuat xidmətindən məlumat daxil olub.

Novruz bayramı Meksikada

Tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının üzvləri – tanınmış elm və mədəniyyət xadimləri, Meksika XİN, Meksika Senatı, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Novruz bayramı Meksikada

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili xanım Mehriban Səmədova iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib.

O, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdıraraq, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Novruz bayramı Meksikada


Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib və bayram tonqalı yandırılıb.

Novruz bayramı Meksikada


Həmçinin səfirlikdə ölkəmizin Novruz bayram ənənələrini əks etdirən müxtəlif kitab, jurnal, suvenir və bayram xonçaları sərgilənmiş və tərəfimizdən tədbir iştirakçılarına hədiyyə edilib.

Novruz bayramı Meksikada


Novruz bayramı Meksikada


İnform.az

Baxış sayı: 432