Maraqlı
21.03.2016 / 16:09

Milyarder qadın əkiz doğdu- 53 yaşında

Milyarder qadın əkiz doğdu-
Dünyanın ən zəngin qadınları siyahısında yer alan isveçrəli Marqarita Luis-Dreyfus yenidən ana olub.
Axsam.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya əsilli biznes-ledi 53 yaşında əkiz övlad dünyaya gətirib.

Milyarder qadın əkiz doğdu-


Marqarita "Forbes"in sıralamasında 171-ci ən varlı şəxs olaraq göstərilir. Onun varidatı 7,1 milyard dollar həcmində ölçülür. Həyat yoldaşı Filip Hildebrand adlı isveçrəli bank işçisidir.
Bu, Marqaritanın ikinci evliliyidir. Üç oğul dünyaya gətirdiyi ilk həyat yoldaşı 2009-cu ildə leykoz xəstəliyindən dünyasını dəyişib.

Milyarder qadın əkiz doğdu-


Marqarita hazırda mərhum ərinin qurduğu holdinqin idarə heyətinin sədri olaraq çalışır. Ölümündən sonra ərinin sahib olduğu Fransanın "Marsel" futbol klubu da Marqaritaya qalıb./axsam.az

Baxış sayı: 326