BİZ, Maraqlı
17.03.2016 / 20:27

"Paho, bu palata necə də çirklidir..."

"Paho, bu palata necə də çirklidir..."
İnform.az Mələk Nicatın "Gülümsəyin dostlar" layihəsini dəyərli oxucularına təqdim edir.
Bu rubrikamızda sizləri yükləndiyiniz problemlərdən az da olsa uzaqlaşdırıb, maraqlı və gülməli əhvalatlarla dodaqlarınıza təbbəsüm qondurmağa çalışacayıq.
İlk zarafatlarımızı məşhurların başına gələnlərlə başlyırıq. Sizlərdən də başınıza gələn maraqlı, gülməli əhvalatları bizə yollamağınızı xahiş edirik.
Gülümsəyin dostlar, qoy təbəssümünüz süni deyil, təbii olsun həmişə!

Alman yazıçısı, məcmuə redaktoru Teodor Fontane günlərin birində bir şeir alır. Əlavə olunan məktubda müəllif izahat verərək yazır:
-Mən özüm bilə-bilə vergülləri qoymamışam, onları qoymağı lazım bilmədim.
Xahiş edirəm, lazım bilsəniz, yeri gəldikcə vergülləri siz özünüz qoyun.
Fontane isə cavabında şeir müəllifinə belə yazır:
-Sizdən rica edirəm, gələn dəfə ancaq vergülləri göndərərsiniz. Şeiri mən özüm yazaram...



Bir dəfə səhər tezdən qapının səsi Onore de Balzakı yuxudan oyadır. Qapını döyən Balzaka borc vermiş varlı cənablardan biri olur.
Cibində bir qəpiyi olmayan yazıçı hər ehtimala qarşı səsini çıxarıb deyir:
-Mən evdə yoxam
-Üzr istəyirəm.Axı, sizin çəkmələriniz dəhlizdə görünür.
-Mən ev ayaqqabısında getmişəm...
İzahat çox inandırıcı olduğundan, gələn adam yazıçını rahat buraxıb gedir.

Bir dəfə xidmətçi məşhur akademik N.N,Beketovun otağına girib həyəcan içində deyir:
-Nikolay Nikolayeviç, kitabxananızda oğru var.
Alimməşğul olduğu işdən bir anlığa ayrılıb xidmətçidən soruşur:
-Həyəcanlanmaq nə üçün, o, hansı kitabı oxuyur?


Amerika Birləşmiş Ştatlarının prezidenti Avraam Linkoln fiziki əməklə məşğul olmağı çox sevərdi. Şəxsən ona lzım olan bütün işləri özü görərdi.
Bir dəfə Britaniya səfiri onu ayaqqabısını silən görəndə təəccüblə soruşur:
-Bu nədir, məgər ayaqqabılarınızı siz özünüz təmizləyirsiniz?
-Əlbəttə, onda üryəyimə yatır və narahat olmuram-deyə Linkoln cavab verir.


Məşhur ingilis yazıçısı Riçard Şeridan öz komediyalarının birində İngiltərə parlamenti haqqında xoşagəlməz bir söz deyibmiş. Buna görə də onu məhkəməyə verirlər.
Məhkəmə qərar çıxarır ki, Şeridan dizi üstə çökərək parlamentdən üzr istəməlidir.
Yazıçı parlamentə gəlir, salona gedib diz çökür, sonra ayağa qalxır. Cibindən yaylığını çıxarıb dizlərini silərək deyir:
-Paho, bu palata necə də çirklidir...


Mələk Nicat/İnform.az



Baxış sayı: 497