Elm-təhsil
16.06.2015 / 19:52

TQDK buraxılış imtahanlarının nəticələrini açıqladı

TQDK buraxılış imtahanlarının nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

İnform.az-ın məlumatına görə, IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib.

İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən “2”, 50.50 faizi “3”, 31.87 faizi riyaziyyatdan “2”, 39.45 faizi “3” alıb.

Baxış sayı: 443