Hərbi
15.03.2016 / 15:38

Müdafiə naziri keçiriləcək bayram tədbirlərinin planını təsdiq etdi

 Müdafiə naziri keçiriləcək  bayram tədbirlərinin  planını təsdiq etdiAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planını təsdiq edib.
Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda silsilə bayram tədbirləri keçiriləcəkdir.
Bayram günlərində "Heydər Əliyev və Azərbaycan xalqının milli-mənəvi dəyərləri" mövzusunda mühazirələrin, tarixçilərin, folklorşünas alimlərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"ların, bir sıra mədəni-kütləvi tədbirlərin təşkili, eləcə də "Əsgər baharı-2016" festivalının keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları ilə birgə hərbi hissələrdə, hərbi tibb və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi, şəxsi heyətə sovqatların çatdırılması planlaşdırılıb.
Bayram ərəfəsində hərbi hissələrin yaxınlığındakı Şəhidlər xiyabanları, qardaşlıq qəbiristanlıqları, şəhid məzarları və abidələri olan ərazilərdə abadlaşdırma işlərinin aparılması, eləcə də milli idman növləri üzrə yarışların, sərgilərin, əsgər yaradıcılığı müsabiqələrinin təşkili də planda öz əksini tapıb.

İnform.az

Baxış sayı: 231