Baş xəbər, Dünya, Siyasət
15.03.2016 / 14:10

Prezident İlham Əliyev Türkiyədədir

Prezident İlham Əliyev Türkiyədədir
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb. İnform.az-ın məlumatına görə, artıq dövlət başçısının təyyarəsi Ankaraya enib. İ.Əliyev əllərində Azərbaycan və Türkiyə bayraqları olan süvarilərin müşayiəti ilə prezident sarayına yola düşüb. Onu türk həmkarı Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevi qarşılayıb. Azərbaycanın budəfəki nümayəndə heyətinin tərkibinə çoxlu hökumət nümayəndələri qatılıb. Hər iki ölkənin dövlət himni səslənib.
Bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməlidir. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakı təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi. Lakin Ankarada törədilən 17 fevral terroru onun səfərinin təxirə düşməsinə səbəb olub.
İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin ötən gün axşam Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edilib. R.T.Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlanıb. İki ölkə prezidentinin zirvə görüşü Türkiyədə baş tutacaq.

İnform.az

Baxış sayı: 397