Ədəbiyyat
14.03.2016 / 15:21

Vaqif Səmədoğlunu Nəriman Həsənzadə əvəz edəcək

Vaqif Səmədoğlunu Nəriman Həsənzadə əvəz edəcək
Bugün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
İnform.az"Report"-a istinadən xəbər verir ki, toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyinat da müzakirə edilib.
Xalq şairi Nəriman Həsənzadənin namizədliyi yekdilliklə qəbul edilib.
Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri mərhum xalq şairi Vaqif Səmədoğlu idi.

Baxış sayı: 358