Diaspora Akademiyası, Gündəm
14.03.2016 / 10:59

Rusiyada Bakıdan çox azərbaycanlı yaşayır

Rusiyada Bakıdan çox azərbaycanlı yaşayır
Rusiyanın paytaxtı Moskvada ruslardan sonra ən çox yaşayan millət azərbaycanlılardır.

AzVision.az xəbər verir ki, bu barədə ` Asiarussia` portalı Rusiyanın hərbi strukturlarında olan mənbəyə istinadən xəbər verir.

Ümumilikdə Moskvada yaşayan rusların sayı 31%-dən çox deyil. İkinci yerdə 14%-lik göstərici ilə azərbaycanlılar gəlir. Üçüncü yerdə tatarlar, başqırdlar, çuvaşlar (10%) qərarlaşıb. Moskvada yaşayan ermənilərin sayı isə cəmi 5% təşkil edir.

Statikada qeyd olunur ki, Rusiya paytaxtının 11 milyonluq əhalisinin 4,6 milyonu slavyanlar – ruslar, ukraynalılar və beloruslardır.

Həmçinin qeyd olunub ki, Rusiyada yaşayan azərbaycanlıların sayı Bakıdan çoxdur. /AzVision.az

Baxış sayı: 396