Gündəm, Siyasət
13.03.2016 / 19:22

"IV Qlobal Bakı Forumu Azərbaycanın uğurlarının və sürətli yüksəlişinin nəticəsi idi"

"IV Qlobal Bakı Forumu Azərbaycanın uğurlarının və sürətli yüksəlişinin nəticəsi idi"Bunu siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov IV Qlobal Bakı Forumunun Bakıda keçirilməsindən və Forumun gündəliyindən danışarkən deyib.
Politoloq bildirib ki‚ lV Qlobal Bakı Forumunun bütün dünyanı maraqlandıran və mövcud dünyanın ən aktual problemlərindən bəhs edən məsələlərlə Bakıda keçirilməsi və Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsi ölkəmizin tarixinə yazılacaq bir uğur oldu. IV Bakı Qlobal Bakı Forumunun gündəliyində yer almış məsələlər mahiyyət etibarilə dünyanın taleyinə təsir edəcək kontekstlər idi. Məsələyə istənilən baxış aspektdən yanaşdıqda‚ dünyadakı problemlərin həlli istiqamətində zəruri halların məhz Bakıda həllinə çalışılmasının şahidi oluruq. Dünyadakı irimiqyaslı münaqişələrin həlli‚ dinlərarası dialoqun zəruriliyi‚ multikultural dəyərlərin təbliği‚ qlobal təhlükəsizliyin təmin olunması və habelə enerji məsələləri IV Qlobal Bakı Forumunda müzakirə olundu. Azərbaycanda keçirilən bir beynəlxalq qlobal tədbirdə məhz bu kimi zəruri və önəmli konsepsiyaların müzakirəsi Azərbaycanın bütün dünyadakı yerini və önəmini göstərmiş oldu. Bu Forumun Azərbaycanda keçirikməsi ölkəmiz üçün əldə olunmuş növbəti uğur idi. Bütün fundamental dəyərlərin‚ sülh və sabitliyin qorunmasını hədəf alan tədbirin Azərbaycanda keçirilməsi bütün dünyada Azərbaycanın multikultural və tolerant dəyərlərə‚ həmçinin demokratik qanunlara və beynəlxalq hüquqlara əsaslanan bir ölkə modeli olmasını sərgiləmiş oldu. Təbiiki hələ ölkəmizin Ulu Öndər Heydər Əliyev tərəfindən təməlləri qoyularkən bu dəyərlər üzərində qurulması və bu günümüzdə bu mükəmməl dəyərlər üzərində addımlaması Azərbaycanı dünya səviyyəsində ən aparıcı ölkələrindən birinə və xüsusən regionun lider ölkəsinə çevirmişdir. Ölkəmizin bütün uğurları‚ əldə olunan möhtəşəm nəticələr‚ ölkəmizin dünyada aparıcı paya sahib dövlət olaraq tanınması‚ əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi‚ ölkə rəhbəri tərəfindən həyata keçirilən qabaqcıl və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın bu gün dünyada söz sahibi olan ölkələr sırasında olması dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevin dəqiq hesablanmış‚ parlaq və uzaqgörən siyasətinin nəticəsidir. IV Qlobal Bakı Forumunun Bakıda keçirilməsi və bilavasitə bu Forumda Azərbaycanın aparıcı ölkə qismində çıxış etməsi bütün dünyaya Azərbaycanın nümunəvi və hər sahədə mükəmməl bir ölkə modeli olmasını göstərdi. Azərbaycan Tolerantlığın vətəni və beşiyidir və həmçinin dünyadakı Azərbaycan modeli olan multikultiralizmin təbliği‚ dünya xalqlarına bu hümanist dəyərlərin çatdırılması və aşılanması Azərbaycanın geosiyasi arenadakı yüksəlişinin‚ uğurlarının və artan qüdrətinin göstəricisidir deyə politoliq bildirib.

İnform.az

Baxış sayı: 484