Diaspora Akademiyası
11.03.2016 / 22:51

"IV Qlobal Bakı Forumu Azərbaycan dövlətinin uğurudur"- Toğrul Allahverdili

"IV Qlobal Bakı Forumu Azərbaycan dövlətinin uğurudur"-Bakıda keçirilən IV Qlobal Bakı Forumu Azərbaycan haqqında formalaşan yüksək fikiri bir daha təsdiq edir. Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili “OLAYLAR”-a bildirib ki bu gün dünyada dini və etnik zəmində baş verən haqsızlıqlara qarşı əksər dövlətlərin yüksək vəzifəli təmsilçilərinin Bakıda görüşməsi müsbət haldır: “Bundan başqa demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi , sahəsindəki qlobal problemlərin və Suriya məsələsinin də müzakirə olması Azərbaycanın gücünün və dünya dövlətlərinə qarşı inamın gostəricisidir Forumun əsas məqsədi təbii ki, Azərbaycanın dünyadakı imici deməkdir. Bu forum həm də ölkəmizdə multikultral dəyərlərə verilən qiymətin ən bariz nümunəsidir. Artıq dünyada Multikultralizmin Azərbaycan modeli geniş yayılmaqdadır. Ona görə də hesab edirəm ki, IV Qlobal Bakı Forumu Multikultralizmin Azərbaycan modelini dünyaya daşıyacaq.”/olaylar

Baxış sayı: 352