Hadisə
11.03.2016 / 16:11

Sabiq maliyyə nazirinin qohumunu öldürən qadının məhkəməsi başladı

Sabiq maliyyə nazirinin qohumunu öldürən qadının məhkəməsi başladıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə məhkəmə baxışının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb./Trend

Baxış sayı: 195