Hərbi
13.07.2015 / 17:02

Hərbçilərimiz imtahan verəcək

Hərbçilərimiz imtahan verəcək

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycanın hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, həmin tədris müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər imtahana buraxılış vərəqələri almalıdırlar.

Buraxılış vərəqələri iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

İnform.az

Baxış sayı: 289