İdman
16.06.2015 / 19:44

Avropa Oyunlarında boks yarışlarının ilk günü

Avropa Oyunlarında boks yarışlarının ilk günü

Bu gün Bakı-2015 birinci Avropa Oyunlarının boks yarışlarına start verilib.

İnform.az-ın məlumatına görə, günün birinci yarısında 52, 60 və 91 kiloqram görüşlər keçirilib.

Günün birinci yarısının nəticələrinə əsasən, 52 kiloqram çəki dərəcəsində Böyük Britaniya, Macarıstan, İrlandiya, 60 kiloqramda Türkiyə və Gürcüstan, 91 kiloqramda isə Almaniya, Macarıstan, Rusiya və İrlandiya boksçuları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Baxış sayı: 578