Dünya, Hərbi
10.03.2016 / 23:23

Əməliyyat zamanı təxminən 280 PKK üzvü öldürülüb- Diyarbəkirdə

 Əməliyyat zamanı təxminən 280 PKK üzvü öldürülüb-Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahı cümə axşamı Diyarbəkir şəhərinin Sur qəzasında üç aydan çox davam edən əməliyyatların başa çatdığını bəyan edib.
"Report"xəbər verir ki, bəyanata görə, əməliyyat zamanı Kürd Fəhlə Partiyasının (PKK) 279 üzvü zərərsizləşdirilib.
"Surda anti-terror əməliyyatı başa çatıb. Əməliyyat zamanı PKK terror təşkilatının 279 üzvü öldürülüb, 206 barrikada dağıdılıb, 365 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Həmçinin 504 ədəd silah, 48 mindən çox patron, 10 radio stansiyası və 3,47 kiloqram partlayıcı maddə götürülüb", — deyə qərargahın bəyanatında bildirilir.
Əməliyyat başa çatsa da, Surda PKK-ya qarşı reydlər, onlar tərəfindən qazılmış xəndəklərin doldurulması və barrikadaların dağıdılması işləri davam etdirilir./"Report"

Baxış sayı: 456