Şərhlər
10.03.2016 / 14:42

Tənha qadın

Günel Emin Fərhadqızı

Tənha qadınMən tənha qadınam… Qadın olmaqdan öncə insanam… Tənha insan…

Bayramları sevmirəm son 3 ildir ki, qeyd etmirəm, bayram günlərində evdə olarkən daha da tam olaraq anlayıram tənhalığımı, qəbul edirəm ki, mən tənhayam…
Tənha qadın kimdir?! Hər kəs kimi o, da insandır, sadəcə bu həyatda o, tənhadır…
Tənha qadın içində tez inciyən, gizlin ağlayan, qapalı, kədərli qadındır,
Azad həyatı, sınıq ruhu, viranə qəlbi, ağlındakı dağınıq fikirləri olan bir qadındır tənha qadın…
Tənha qadın hər kəs üçün güclü, mübariz, əlçatmaz, nümunəvi ola bilər, özü üçün o, itkiləri, zərbələri, yaraları, dərdləri, zəiflikləri ilə evinin bir küncünə sıxılmış, dirənmiş kövrək qəlbli qadındır…
Sevmək, inanmaq, sevilmək istəyən qadındı tənha qadın…
Atılmış, ümidsiz, sevgisiz insan, o- qadın tənha…
Sevgiyə, ümidə var ehtiyacı…

Tənha qadın

Özünə dərmandır, həkimdir, sağaldar təklikdə yaralarını…
Susduqca, sükunət deyər sözünü, gözünə baxdıqca, görərsən yaşadığını, həyatdan nə alıb, nə itirmişdir… Sussa da, gözləri verər sirrini…
Kobuddur, bir az da sərtdir yad insanlara, özünü qorumaq vəzifə borcu, kiməsə güvənmək istəsə də o, tənhadır həyatda, mübarizədə…
Amansızdır zaman insanlar kimi…
Yoxdur əlindən tutanı, yıxılanda qaldıranı, üzüləndə qucaqlayan, dəstək olanı, anlayanı…
O, həm kişidir özünə, həm də ki, qadın…
İçində təlatüm, inqilab gizlənir, üzdə isə sakit, təmkinli… Hamı üçün yarınmalıdır, qorumalıdır o namusunu, adını…
Paxıllıqdan müzakirə etsələr də, o, sınmaz, öz yolundadır…
Sadəcə içində qəlbi qırılar, ağrıyar, qanayar sözdən, gördüklərindən…
Ruhunu qorumaq istər ən son anda, olmasın ruhu fahişə deyə…



İnform.az

Baxış sayı: 803