İdman
13.07.2015 / 16:27

"Çelsi" əvəzləyici tapdı

"Çelsi" əvəzləyici tapdı

"Çelsi" klubu "Arsenal"a transfer olunan Peter Çexə əvəzləyici tapıb.

İnform.az Qol.Az-a istinadən verdiyi məlumata görə, London təmsilçisi "Stok Siti"dən Asmir Beqoviçi transfer edib.

28 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Bosniya və Hersoqovina millisinin üzvü "Çelsi"də 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2010-2015-ci illərdə "Stok Siti"nin şərəfini qoruyan Beqoviç komandanın heyətində 171 oyun keçirib.

Baxış sayı: 299