Rəsmi, Elm-təhsil
09.03.2016 / 20:03

Prezidentin sərəncamı ilə Təhsil üzrə Komissiya ləğv edildi

Prezidentin sərəncamı ilə Təhsil üzrə Komissiya ləğv edildiPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 445; 2007, № 4, maddə 346; 2009, № 2, maddə 74; 2011, № 2, maddə 94) ləğv edilsin", deyə- sərəncamda qeyd edilir.
Ölkə başçısı bundan başqa “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 94; 2013, № 5, maddə 551) ləğv edilsin".

Dövlət başçısı “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 may tarixli 2911 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:


“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 may tarixli 2911 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 551; 2014, № 5, maddə 477) ləğv edilsin".

İnform.az

Baxış sayı: 582