Elm-təhsil
09.03.2016 / 13:07

Niderland kralıığının şirkət rəhbərləri ADAU-da olublar

Niderland kralıığının şirkət rəhbərləri ADAU-da olublar
ADA Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq əlaqələri davam edir. Niderland Krallığının Rabobank, FossEugenia, Limburgse Land-en Tuinbouwbond, PETC+ şirkətinin nümayəndələri və ADA Universitetinin sahibkarlıq, ticarət və innovasiya mərkəzinin icraçı direktoru Tariyel Mirzoyevin ADAU-ya səfəri də məhz bu əməkdaşlıq çərçivəsində reallaşıb.

ADAU-nun mətbuat xidmətindən İnform.az-a bildirilib ki, qonaqlarla görüşdə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər və perspektivlər, ADA Universiteti ilə əlaqələr, tədris və istehsal sahələrinin interqasiyasının əhəmiyyəti barədə danışıb. Qonaqlar ADAU ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, universitetin tələbələrinin təcrübələrinin təmsil etdikləri şirkətlərdə təşkilində maraqlı olduqlarını, habelə son illərdə universitetdə yaradılan şəraitin beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığını bildiriblər.

Niderland kralıığının şirkət rəhbərləri ADAU-da olublar

Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə qonaqlar yeni istifadəyə verilən tələbə yataqxana kompleksində, balıqyetişdirmə laboratoriyasında, bildirçin yetişdirilməsi üzrə mərkəzdə, quşçuluq tədris mərkəzində, pataloji anatomiya muzeyində, laborotoriyalarda, auditoriyalarda olublar.
Niderland kralıığının şirkət rəhbərləri ADAU-da olublar

Səfər çərçivəsində aqronomluq fakültəsində tələbələrlə görüş keçirilib. Qonaqlar görüşdə təmsil etdikləri şirkətlər barədə informasiyalar, təhsil və təcrübə imkanları barədə təqdimatlar veriblər, müzakirələr aparıblar.​

İnform.az

Baxış sayı: 384