Dünya
09.03.2016 / 11:44

“Apple” və “Google” Trampın uğurlarından narahatdır

“Apple” və “Google” Trampın uğurlarından narahatdırÖtən həftə sonu ABŞ-da Ağ Evin, Respublikaçı və Demokrat partiyaları nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən və Donald Trampı necə dayandırmağın müzakirə olunduğu toplantıya iri texnoloji şirkətlərin rəhbərləri də qatılıb.
İnform.az Lent.az-a istinadən xəbər verir ki, görüş Corciya ştatına daxil olan adada ABŞ Sahibkarlıq İnstitutunun təşkil etdiyi illik Dünya Forumu çərçivəsində keçirilib. Forumda “Apple” rəhbəri Tim Kuk, “Google”un həmtəsisçisi Larri Peyc, “Napster” kompüter şəbəkəsinin yaradıcılarından biri Şon Parker, “Tesla Motors” və “SpaceX”ın rəhbəri Elon Mask iştirak edib. Siyasətçilərdən toplantıya Senatdakı respublikaçı çoxluğun lideri Mitç Makkonnel, senatorlar, konqresmenlər, eləcə də Ağ Ev administrasiyasının əməkdaşları qatılıb.
“The Weekly Standard”ın yaradıcısı Nill Kristol “Dünya Forumunda Donald Tramp kabusu dolaşır”, - deyə öz “Twitter” səhifəsində yazıb. O qeyd edib ki, toplantıda Trampın seçki yarışında uğur qazanmasının səbəbləri müzakirə olunub, çoxlu fikirlər səslənib və çoxları ümid etdiyini bildirib ki, Tramp sonda uduzacaq.
Qeyd edək ki, ABŞ-da respublikaçılar daxilində keçirilən ilkin seçkilərdə hələlik Donald Tramp irəlidə gedir. Partiya rəhbərliyi, eləcə də rəqib demokratlar və iş dünyası Trampın önə çıxmasından ciddi narahatdır.
İnform.az

Baxış sayı: 341