Mədəniyyət
13.07.2015 / 15:25

Səhnəmiz onsuz qaldı...

Səhnəmiz onsuz qaldı...

Bu gün Dövlət Musiqili Teatrının mərhum aktrisası, əməkdar artist Xanım Qafarovanın vəfatından bir il ötür. Aktrisa 1996-cı ildən ömrünün son gününə qədər Dövlət Musiqili Teatrında çalışır.

İşlədiyi 19 il ərzində bu teatrda yaddaqalan obrazlar yaradıb. Qafarova 2003-cü ildən Azərbaycanın əməkdar artisti fəxri adını daşıyıb. O, həmçinin Prezident mükafatçısı idi. Qeyd edək ki, İstedadlı aktrisa uzun sürən xəstəlikdən (süd vəzisi xərçəngi) sonra ötən ilin bu günü dünyasını dəyişib.

Xanım Qafarova 1967-ci ildə Bakıda anadan olub. Anasının adını daşıyan Gövhər adlı bir qız övladı var. Allah rəhmət eləsin!

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 311