İdman
05.03.2016 / 16:00

Bədən Tərbiyəsi və İdman günü Şəkidə də qeyd edilib

Bədən Tərbiyəsi və İdman günü Şəkidə də qeyd edilib
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş 5 mart – Bədən tərbiyəsi və idman günü ilə əlaqədar Şəkidə müxtəlif idman yarışları, tanınmış idmançılarla görüşlər və bayram tədbirləri keçirilib.
Bu barədə İnform.az-a Şəki Gənclər və Idman Idarəsindən məlumat verilib.
Bədən Tərbiyəsi və İdman günü Şəkidə də qeyd edilib

Martın 4-də isə ”İdeal” şadlıq sarayında bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələri ilə görüş təşkil olunmuşdur. Görüşdə Şəki şəhər Gənclər və İdman İdarəsinin kollektivi, bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər, KİV-lərinin nümayəndələri və s. iştirak ediblər.
Görüşü giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi V.İskəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında sərəncam imzaladığını qeyd edərək, bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfü olmadığını vurğulayıb:
"Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz, Azərbaycan idmanının himayədarı Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis edib."

Bədən Tərbiyəsi və İdman günü Şəkidə də qeyd edilib

V.İskəndərov idmançılarımızın nailiyyətlərindən, qarşıda duran problemlərdən geniş söhbət açaraq, həmin gün münasibətilə idman ictimaiyyətini təbrik edib.
Məruzədən sonra bir qrup məşqçi- müəllim təbrik çıxışlar ediblər. Sonra fərqlənən 43 nəfər bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediliblər.

İnform.az


Baxış sayı: 524