---
05.03.2016 / 16:00

Bədən Tərbiyəsi və İdman günü qeyd edilib- Şəkidə

Bədən Tərbiyəsi və İdman günü qeyd edilib-
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş 5 mart – Bədən tərbiyəsi və İdman günü ilə əlaqədar Şəkidə də müxtəlif idman yarışları, tanınmış idmançılarla görüşlər və bayram tədbirləri keçirilib.
Bu barədə İnform.az-a Şəki Şəhər Gənclər və İdman idarəsindən məlumat verilib.
Martın 4-də ”İdeal” şadlıq sarayında bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə Şəki şəhər Gənclər və İdman İdarəsinin kollektivi, bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər, KİV-lərinin nümayəndələri və s. iştirak ediblər.

Bədən Tərbiyəsi və İdman günü qeyd edilib-

Görüşü giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi V.İskəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında sərəncam imzalanadığını qeyd edib.
" Bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyil. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz, Azərbaycan idmanının himayədarı Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir"deyə V. İsgəndərov vurğulayıb.

Bədən Tərbiyəsi və İdman günü qeyd edilib-

O,idmançılarımızın nailiyyətlərindən, qarşıda duran problemlərdən geniş söhbət açaraq, həmin gün münasibətilə idman ictimaiyyətini təbrik edib.
Məruzədən sonra bir qrup məşqçi- müəllim təbrik çıxışları ediblər.
Sonra fərqlənən 43 nəfər bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.

İnform.az

Baxış sayı: 299