Gündəm, Dünya
08.03.2016 / 21:25

İran yenə ballistik raket sınağı keçirib

İran yenə ballistik raket sınağı keçirib
İran ABŞ-ın təzyiqinə baxmayaraq, ballistik raketlərin sınağını keçirib.
İnform.az BBC-nin verdiyi məlumata istinadən xəbər verir ki, raketlər ölkənin müxtəlif bölgələrində yerləşən yeraltı buraxılış qurğularından atılıb.
Silahlı qüvvələrin rəsmi bəyanatında deyilir ki, sınaqların məqsədi istənilən təhlükəni dəf etmək qabiliyyətini nümayiş etdirməkdir.
Yanvarda ABŞ, 2015-ci ilin payızında ballistik raketlərin sınaqdan keçirilməsinə cavab olaraq, İran şirkətləri və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Yeni sanksiyalar 11 şirkətin və İran raket proqramına aidiyyəti olan vətəndaşların Amerika bank sistemindən istifadə etməsinə qadağa qoyub.
Lakin İran raket sınaqlarının onun nüvə proqramı ilə heç bir əlaqəsi olmadığını bildirir.
“Ballistik raketlər təhqiqatı proqramı heç vaxt nüvə silahı daşımaq vasitələri hazırlamaq üçün nəzərdə tutulmayıb”, - İran XİN nümayəndəsi Hüseyn Caber yerli İSNA xəbər agentliyinə müsahibəsində deyib.

İnform.az

Baxış sayı: 333