Sosial, Şərhlər
08.03.2016 / 12:44

Bü günün mübarək- Qadın!

Xalidə Xalid
Bü günün mübarək-
Dünyanın bəzəyi, insanlğın zinyəti olan əziz QADINLARIMIZ!
Bu gün sizlərin, bizlərin bayramıdır. İldə bir dəfə bizə yaşadılan bu gözəl gün münasibətilə hər birinizi təbrik edirəm.
Üzümü dünyanın bütün qadınlarına tuturam!
Ey gözəllik!
Sənin bu günün, ümumilikdə qadın olaraq var olduğun günün mübarək!
Bu gün sizlərin, bizlərin bayramıdır. İldə bir dəfə bizə yaşadılan bu gözəl gün münasibətilə hər birinizi təbrik edirəm.
Sən bəşəriyyətin ən ülvü varlığısan!
Sən insanlığın ən gözəl mücəssəməsisən!
Sən anasan!
Sən nənəsən!
Sən həyat yoldaşısan!
Sən sevgilisən!
Sən dostsan!
Sən sirdaşsan!
Bir sözlə sən dünyanın ən qiymətli incisisən!
Səni qoruyan, sənə dəyər verən KİŞİ, insanlığın ən ali varlığıdır.
Sənə dəyər verən KİŞİ, Rəbbinin cənnətini sağ ikən qazanan bəndəsidir.
Səni sevindirən KİŞİ, Uca Yaradanın dərgahında ən gözəl sevinci haqq edən quludur.
Sən elə bir qüvvəsən ki, Yür üzünü istədyin səmtə çevirməyə qadirsən!
Sən elə bir gücə sahibsən ki, sınarsan, qovrularsan, amma əyilməzsən!
Ayaqlarının altına cənnət deyildi.

Bü günün mübarək-

O cənnəti cənnət olaraq saxlayan KiŞİ, sənin duanı haqq edən dostun, yoldaşın, sirdaşın, sevgilin, atan, qardaşın- bir sözlə sənə əziz olan hər kəsdir.
Əziz qadınlarımız!
Sabahı ailəsiylə, övladlarıyla, sevgilisiylə, nişanlısıyla, həyat yoldaşıyla qeyd edən həmcinslərimizdən başqa, qərib ölkələrdə iş başında, təhsil ocaqlarında ailəsindən, sevdiklərindən ayrı olaraq qeyd edəcək qızlarımız, qadınlarımız da var.
Sabahı barmaqlıqlar arasında, həbsxana divarları arasında göz yaşları ilə qeyd edəcək qadınlarımız, qızlarımız var.
Bir ömür yaşayıb, xəyalında xoşbəxt olan, amma gerçək həyatda başını sinəsinə dayayıb " Nə yaxşı ki, varsan əzizim" deyəcək bir sevdiyi olmayan, hər gün boynuna sarlıb" ana, sabahın xeyr" deyən övlad sevgisinə həsrət qalan qadınlarımız var.
Bütün, bütün, bütün- xoşbəxt və ya qeyri xoşbəxt olan qadınlar!
Bu gününüz mübarək!
Qoy bu gün xoşbəxt olanlarımızı daha xoşbəxt, xoşbəxtliyi xəyal olanlarımızın xəyallarını gerçək edən bir gün olsun!
Var olun, əzizlərim!
Kim olursanızsa olun,özünüz olun. Heç vaxt qürurunuzu sevgiyə, məhəbbətə qurban verməyin.
Unutmayın-"Leyli-Məcnun" əsri çoxdan keçib.
Özünüzə dəyər verib, uca tutun ki, qarşınızda ki da sizə dəyər versin.
Sadə olun, səmimi olun, amma sadəlövh olmayın.
Başınızı dik tutun, öz xəyallarınızın puç olmasına kimsəyə imkan verməyin!
Xəyallarınızı sizə yaşatmağa cəsarəti olmayanların köləsi olmayın.
Öncə özünüz, sonra cevrəniz!
Uca Yaradanın Yer kürəsinə lütf etdiyi gözəllik -QADIN!
Bu günün mubarək!

İnform.az

Baxış sayı: 929