İdman
16.06.2015 / 19:31

Azərbaycan Avropa Oyunlarında 8-ci qızıl medalını qazandı

Azərbaycan Avropa Oyunlarında 8-ci qızıl medalını qazandı

Birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə Azərbaycan idmançıları daha bir qızıl medal qazanıblar.

İnform.az-ın məlumatına görə, qadın güləşçilərin Bakının Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan finalda Polşa güləşçisi Roksana Zasina ilə qarşılaşıb.

A.Doroqan gərgin mübarizə şəraitində keçən görüşdə rəqibi ilə 2:2 hesablı bərabərə qalsa da, sonuncu fəndi güləşçimiz yerinə yetirdiyindən o, Avropa Oyunlarının qalibi elan edilib.

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 8-ci qızıl medaldır.

Baxış sayı: 442