Hərbi
05.03.2016 / 14:26

"Anan boyuna qurban"- Əsgər anasından məktub

"Anan boyuna qurban"-
Əziz oxucu!
Bəlkə də bu məktubu oxuyanda “müasir dövrümüzdə, indiki zəmanədə kimdi əsgərə məktub yollayan.Telefon var, internet var” deyə düşünəcəksiniz. Haqlısınız. Amma, nə qədər texnologiya güclü olsa belə, nə qədər əsgər anasının övladı ilə əlaqə yaratması asanlaşsa belə, hər bir ana əlinə telefon alanda da, kompyuter qarşısına keçəndə də xəyalında yenə də qələm və ağ kağız olur. O övladına hər hansı texniki vasitəylə ürək sözlərini yazsa belə, sanki ağ kağız üzərində yazırmış kimi,əlləri titrəyərək yazır.
Bizim Gülnaz anamız da sanki titrək baqmaqlarının arasına qələm alaraq, ağ vərəq üzərində yazıb bu məktubu əsgər övladına
:


Salam, mənim əziz balam!

Sabahın xeyirli olsun, mənim əziz balam. Anan boyuna qurban bu məktubu sənə səhər erkəndən yazıram.
Dilimdə dualarım, əlimdə qələm.
Nə vaxt böyüdün, oğlum, nə vaxt belə əsgər oldun?
Sən mənim gözümdə hələ də o balaca, ərköyün Vahidimsən.

Oğlum!
Səni yola salanda tökdüyüm göz yaşlarına görə məni baqışla. Bilirsən ki, mən çox güclü qadınam, bilirsən ki, səni böyütmək, sənin kimsəyə möhtac olmaman üçün mən nələrdən keçmişəm. Sən ürəyini sıxma, burda hər şey qaydasındadı. Sən özünü qoru, diqqətli ol.
O başı batmışlardan ehtiyatlı ol. Kaş ki, deyirəm mənim də imkanım olaydı, səninlə bir səngərdə olaydım. Mən də əlimə avtomat alaydım, ana-bala bir-birimizə sığınıb o itlərin başını əzəydik.
Sən darıxma, o gün də olacaq inşallah. Ürəyimin içi, canımın canı, gözlərimin nuru oğlum, sənsiz çox darıxıram. Getdiyin üç ay olsa da mənə elə gəlir ki, üç ildir getmisən. Anayam, məni anlamağa çalış. Amma, nəbadə düşünmə ki, zəiflik edirəm.Əsla…Anan qurban mənim sənin kimi igid balam varkən, mən zəif ola bilərəmmi? Ola bilmərəm. Bax ona görə də sən narahat olma. Məndən də nigaran qalma.
Nə var, bir də gördük ki, xidmətini başa vurub qayıtdın. İnşallah o günü görməyi Allahım bizə nəsib etsin.
Hə həyatımın mənası, vaxtını almayım. Yazmağa qalsa ürəyim doludur, o qədər yazaram ki, amma qorxuram basin qarışar məktub oxumağa o şərəfsizlər atarlar.
Mənim balam, Vahidim!
Öpürəm və səni, eləcə də bütün əsgər balalarımızı Allaha əmanət edirəm.
Hörmətlə, hər nəfəs aldığında sənin adını pıçıldayan anan Gülnaz…
Öpürəmmmmmm!!!
04.03.2016

İnform.az

Baxış sayı: 783