Dünya
02.03.2016 / 12:26

MTN naziri işdən çıxarıldı

MTN naziri işdən çıxarıldı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkənin milli təhlükəsizlik naziri və dövlət sərhəd xidmətinin rəsinin dəyişməsi haqda fərman imzalayıb.
"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə başçısının mətbuat xidməti məlumat yayıb.
Prezidentin fərmanı ilə mili təhlükəsizlik naziri general-leytenant Köcgəldi Xocaverdiyev səhhəti ilə əlaqədar tutduğu vəzəfidən azad edilib. O, bu posta 2015-ci ildə təyin edilib. Ondan öncə isə prezidentin mühafizə xidmətinin rəisi olub. Milli təhlükəsizlik naziri vəzifəsinə Dövrangəldi Bayramov təyin edilib. Bundan əvvəl o, Dövlət Gömrük Xidmətinə başçılıq edib.
Dövlət sərhəd xidmətinin rəisi Mırat Islamov da tutduğu vəzifədən azad edilib. O, bu postda 2013-cü ildə təyin olunub.Onun yerinə əvvəllər Türkmənistan Silahlı Qüvvələri Hərbi-Dəniz qarnizonun komandanıolmuş Begenç Gündoğduyev təyin edilib./Report.az

Baxış sayı: 532