Baş xəbər, Elm-təhsil
01.03.2016 / 20:43

“Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri”

“Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri”2 mart 2016-cı il, saat 11:30-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində “Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masaya keçiriləcək.
Bu tədbir Azərbaycan-Tatarıstan elmi əlaqələrinə həsr olunub.
Tədbirdə Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Tatarıstan Respublikası (TR) Elmlər Akademiyasının (EA) vitse-prezidenti, TR EA Şəhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimov, TR EA-nın müxbir üzvü Radik Salixov və başqaları iştirak edəcəklər.

Ünvan: Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası, 2-ci mərtəbə, kiçik akt zalı, Hüseyn Cavid prospekti, 115

İnform.az

Baxış sayı: 317