Hərbi
29.02.2016 / 11:49

Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək

İnform.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək.
Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.

Baxış sayı: 227