Baş xəbər, Elm-təhsil
22.02.2016 / 23:27

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb
AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a daxil olan məlumatda bildirilir ki, fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb.

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb



Görüşdə akademik Akif Əlizadə AMEA-da magistr təhsilinin təşkil edilməsinin əhəmiyyətindən danışaraq, bunun elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş mühüm nailiyyətlərdən biri olduğunu vurğulayıb. Akademik bildirib ki, 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə AMEA-da magistratura təhsil pilləsinin təşkili istiqamətində kompleks tədbirlər görülüb və 2015/2016-cı tədris ili üçün 7 institutda 9 ixtisas üzrə magistraturaya qəbul keçirilib. Akademik Akif Əlizadə növbəti tədris ilində magistratura təhsilinin AMEA-nın 15 institutunda təşkil olunacağını da əlavə edib.

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb


Sonra AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov çıxış edərək 2015/2016-cı tədris ilinin qış sessiyasının yekunlarına dair məlumat verib: “Ötən il AMEA-ya qəbul olan 19 nəfər magistrantdan biri hazırda hərbi xidmətdədir. Onlardan 14 nəfəri qış sessiyasını əlaçı olaraq başa vurub”. Əminağa Sadıqov bildirib ki, bütün magistrantlar təhsil aldıqları institutlarda işə götürülüb və onlara ixtisas dərsləri laboratoriya şəraitində tədris edilir. Alim qeyd edib ki, Dilçilik İnstitutunun magistrantları növbəti semestrdə təhsillərini davam etdirmək üçün Türkiyənin Hacettepe Universitetinə ezam ediləcəklər.

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb

Daha sonra akademik Akif Əlizadə magistrantların təəssüratlarını dinləyib. Onların elmi mövzuları ilə tanış olub, laboratoriyalarda fəaliyyətləri ilə maraqlanıb. AMEA rəhbəri magistrantlara və onların elmi rəhbərlərinə bəzi tövsiyələrini verib.

Akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb

Qeyd edək ki, görüşdə Təhsil Nazirliyinin müşaviri Fərhad Əmirbəyov da iştirak edib.

İnform.az

Baxış sayı: 521