Elm-təhsil, Qarabağ
26.02.2016 / 13:00

AMEA Botanıka İnstitutunda Xocalı Soyqırımı qurbanları anılıb

AMEA Botanıka İnstitutunda Xocalı Soyqırımı qurbanları anılıbAMEA Botanika İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini, b.e.d. Eldar Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən danışaraq qeyd edib ki, törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. E.Novruzov 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə yüzlərlə əliyalın insanın ağlasığmaz qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın əsir və itkin düşdüyünü, şəhərin yerlə-yeksan edildiyini və bütün bu hadisələrə görə Xocalı soyqırımının XX əsrin tarixinə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi həkk olunduğunu vurğulayıb.

Tədbirdə İnstitututun əməkdaşlarından professor, b.e.d. Səyyarə İbadullayeva, Əməkdar Elm xadimi, k.e.d. Siracəddin Sərkərov, İnstitutun Həmkarlar təşkilatının sədri, b.e.d. Oktay Mirzəyev, b.e.d. Dilzarə Ağayeva, doktorant Tural Qasımov Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.

AMEA Botanıka İnstitutunda Xocalı Soyqırımı qurbanları anılıb


Tədbirdə Qanlı faciəni əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

İnforma.az

Baxış sayı: 324