İqtisadiyyat
15.02.2016 / 15:18

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyon 800 mini keçib

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyon 800 mini keçibBu ilin yanvar ayı ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 15 873 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 411-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12 462-i isə regionların payına düşüb.

SOCAR-dan İnform.az-a verilən məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 850 499-a çatıb.

Onu da qeyd edək ki, 1 fevral 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 127 174 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.

Bundan əlavə, 345 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Baxış sayı: 150