Maqazin
11.02.2016 / 13:57

63 yaşlı aktyor kimə aşiq olub?

63 yaşlı aktyor kimə aşiq olub?

İnform.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur Hollivud ulduzu 63 yaşlı Liam Nisonun açıqlaması bütün sosial şəbəkəni bir-birinə qatdı. Tanınmış aktyor qəzetlərdən birinə verdiyi açıqlamada bildirib ki, "Yenidən aşiqəm. Amma onun kimi olduğunu deyə bilməyəcəm. Sadəcə deyim ki, o, "inanılmaz dərəcədə məşhur"dur. Bu açıqlamadan sonra aktyorun pərəstişkarları sosial şəbəkədə həyəcanla təxminlərini paylaşıblar. Belə ki, "inanılmaz məşhur"lar arasından Susan Sarandon, Diana Keaton və Halle Berrinin adları təxmin olunan qadın siyahısını düşüb.

Lakin başqa bir mətbuat orqanının irəli sürdüyü iddiaya görə isə, Nisonun aşiq olduğu qadın "Alatoran" filminin ulduzu, 25 yaşlı Kristen Stuartdır. Bu iddia isə Stuartla Nisonun yanvar ayının əvvəllərində gecə klublarından birlikdə əylənmələri xəbərinə əsaslanıb. Ancaq iddia hələ dəqiqlik qazanmayıb.

Qeyd edək ki, 2009-cu ildə xizək qəzası nəticəsində həyat yoldaşı Nataşa Riçardsonu itirən Nison, ürəyinə uzun zamandır heç kəsi buraxmırdı. Lakin yeni eşqini də "onu utandırmaq istəmirəm" deyərək açıqlamaqdan imtina edib.

İnform.az

Baxış sayı: 490