Sosial
09.02.2016 / 12:19

Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaqSabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9, Bakıda gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə isə yağıntılı olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Baxış sayı: 358